AZ

“Barselona” onun üçün mübarizəyə qoşuldu

 “Levante”nin hücumçusu Karl Eyonq İspaniya La Liqasında klubunu dəyişə bilər.

90deqiqe.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Barselona” qış transfer dövründə 22 yaşlı forvardı heyətinə qatmağı planlaşdırır. İspaniya nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Futbolçu özü də yanvarda Kataloniya klubuna keçmək və mövsümün sonuna qədər “Levante”də icarədə qalmaq istəyir.

 Eyonqla “Barselona” ilə yanaşı “Real Madrid”, “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” da maraqlanır.

“Barselona” Eyonqu mövsümün sonunda müqaviləsi başa çatacaq Robert Levandovskinin varisi kimi görür.

Kamerunlu oyunçunun müqaviləsində La Liqa klubları üçün 30 milyon, İngiltərə Premyer Liqası komandaları üçün 40 milyon avro məbləğində sərbəst qalma şərti mövcuddur.

Bu mövsüm Eyonq La Liqada 10 matçda 6 qol və 3 asistlə yadda qalıb. Onun “Levante” ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

Seçilən
24
90deqiqe.az

1Mənbələr