AZ

Rusiya MN: Pokrovskdakı Ukrayna hərbçiləri təslim olmağa başlayıb

BAKI, 1 noyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Pokrovsk şəhərində mühasirəyə düşən hərbçiləri Rusiya ordusuna təslim olmağa başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Pokrovskun blokadaya alındığını açıqlayaraq, Ukrayna rəhbərliyini mühasirədəki hərbçilərin taleyi ilə bağlı qərar verməyə çağırmışdı.

Seçilən
25
3
teleqraf.com

4Mənbələr