AZ

Yeni yanacaq növü: dəniz yosunu

Tokioda “Japan Mobility Show 2025” davam edir. Avtomobil sərgisində həm də qabaqcıl texnologiyalar nümayiş etdirilib. 

Avtosfer.az xəbər verir ki, sərgidə “Mazda” karbon neytrallığına malik yeni növ yanacağı təqdim edib. Yanacaq dəniz yosunundan sintez edilib. Onun istehsalı zamanı karbon emissiyası yaranmır. İstehsalatdan qalan artıq yosunlar isə emal olunaraq gübrə kimi istifdaə edilir.
Hələlik istehsal həcmi çox da böyük deyil – bir avtomobilə ancaq kifayət edir. Bununla belə, yosundan alınmış neytral yanacaq yaponların daxili mühərrikini tarixin arxivinə verməyə hələ tələsmədiklərini göstərir.
Qeyd edək ki, son bir ildə demək olar bütün yapon avtomobil istehsalçıları istilik mühərriklərinin hələ azı 50 il istifadə olunacağı barədə bəyanatlar veriblər.

Vüqar

Seçilən
27
1
avtosfer.az

2Mənbələr