Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası DövlətNeft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin ixrac gəlirləri 47,1milyon ABŞ dolları təşkil edib.
Trend bubarədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin"İxrac İcmalı"nın oktyabr sayına istinadən xəbər verir ki, ötənilin eyni dövründə administrasiya ixracdan heç bir gəlir əldəetməyib.
Qeyd etmək lazımdır ki, qeyri-neft ixrac əməliyyatlarındaiştirak edən dövlət şirkətlərinin siyahısına SOCAR-ın Marketinq vəİqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Siyahıdakı digərşirkətlərə SOCAR Polymer MMC, AzerGold QSC, AzerAluminium MMC,SOCAR Qaz İxrac İdarəsi, Azərpambıq Aqrar Sənaye Kompleksi MMC,SOCAR-DALĞIC MMC, Azərbaycan Dəmir Yolları QSC, İstisu Mineral SuZavodu MMC və Naxçıvan Muxtar Respublikasının Energetika Xidmətidaxildir.