Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kilian Mbappenin penaltini dəqiq yerinə yetirə bilməməsi "Real Madrid" azarkeşinin ölümünə səbəb olub.
Oxu.Az "Sport" nəşrinə istinadən xəbər verir ki, İspaniya çempionatında "Barselona" ilə görüşün 52-ci dəqiqədə fransalı hücumçu real qol vəziyyətindən yararlana bilməyib.
Həmin vaxt tribunada olan israilli azarkeş huşunu itirib. Yaxınlıqdakı azarkeşlər və "Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua hakimə oyunu dayandırmaq üçün işarə versələr də, matç dayandırılmayıb.
Azarkeşə stadionun tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra xəstəxanaya çatdırılan fanatın həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, oktyabrın 26-da Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutan qarşılaşma "Real"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.