AZ

Şahzadənin qızları biabır olub

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Endryu və Sara Ferqyusonun qızları olan şahzadələr Beatris və Yevgeniya valideynləri ilə bağlı qalmaqaldan rüsvay olublar.

Axşam.az xəbər verir ki, III Çarlz bu yaxınlarda Endryudan titul və rütbəsinin ləğv edilməsi prosesinə rəsmi olaraq başladığını açıqlayıb. Bundan əlavə, həm kralın qardaşı, həm də keçmiş həyat yoldaşı Kral Lojasını tərk edib başqa bir şəxsi iqamətgaha köçməlidirlər.

"Page Six" kral ekspertinə istinadən yazır ki, bu hadisənin nəticələri Endryu qızları və hətta öz uşaqları üçün dönməz nəticələrə səbəb ola bilər. Üstəlik, şahzadələrin indi titullarından imtina etməyə məcbur olma ehtimalı var.

"Onlar bütün bu müddət ərzində danışıqlar vasitəsi ilə problmeləri həll etməyə çalışıblar, amma indi titullarından imtina etmək istəyə bilərlər... Düşünürəm ki, geri çəkilib sakit bir həyat sürə bilərlər" deyə, mənbə vurğulayıb.

Digər tərəfdən, bəzi məlumatlara görə, Endryudan bütün kral işlərindən uzaqlaşdırılmasının əsas şərti qızlarının dincliyi idi. Şahzadə dəfələrlə kraldan Beatris və Yevgeniyanın sağ-salamat olmasını təmin etməsini istəyib. Adlarının indi yüksək səviyyəli kral qalmaqalı ilə ayrılmaz şəkildə əlaqəli olması istisna olmaqla, onlar üçün hər şeyin dəyişməz qalması mümkündür. Onlar atalarının qalmaqalına görə Britaniyanı tərk ediblər. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
axsam.az

2Mənbələr