AZ

Vəhdət Partiyası elmi praktik konfrans keçirib FOTOLAR

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Vəhdət Partiyası “Azərbaycanda konstitusiya və suverenlik dəyərlərinin qorunmasında siyasi partiyaların rolu” mövzusunda elmi-praktik konfrans keçirib.Demokrat.az xəbər verir ki, konfransda Partiyanın sədri Adəm İsmayıl Bakuvi, Partiyanın qurucusu Tahir Kərimli, siyasi xadim, professor Həsən Həsənov, sabiq maliyyə naziri, iqtisadi elmlər doktoru Saleh Məmmədov, professor Cümşüd Nuriyev, bir çox İctimai Birliklərin rəhbərləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.Tədbir professor Həsən Həsənovun çıxışı ilə başlayıb. Müstəqilliyin ilk illərində ölkədə baş verən siyasi proseslərdən danışan dövlət xadimi qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Konstitusiyanın hazırlanmasına çox böyük diqqətlə yanaşmışdır. Tədbir digər qonaqların çıxışları, elmi-praktiki hissə, debat və müzakirələrdə davam edib.Cavidan Mirzəzadə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
demokrat.az

1Mənbələr