AZ

Fidan HƏMAS nümayəndələri ilə Qəzzada atəşkəsə riayət olunmasını müzakirə edib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza zolağındakı atəşkəsi İstanbulda radikal Fələstin HƏMAS hərəkatının siyasi bürosunun nümayəndələri ilə müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

"Nazir Fidan bu gün İstanbulda HƏMAS-ın siyasi bürosunun üzvləri ilə görüşüb. Qəzzada atəşkəs və regionun humanitar ehtiyacları müzakirə edilib", - deyə mənbə qeyd edib.

9 oktyabrda İsrail və HƏMAS, Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Tramp tərəfindən təqdim edilən sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər.

Trampın planına əsasən, Qəzzada atəşkəs 10 oktyabrda qüvvəyə minib. 13 oktyabrda HƏMAS sağ qalan 20 israilli girovu azad edib və ölən dörd əsirinin qalıqlarını təhvil verib.

İsrail hakimiyyəti radikalların 28 cəsəddən yalnız dördünü qaytarmasından narazılığını bildirib. Növbəti günlərdə HƏMAS daha bir neçə nəfərin cəsədini yəhudi dövlətinə təhvil verib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
icma.az

2Mənbələr