AZ

6 yaşlı məktəbli müəlliminə bir neçə dəfə atəş açdı

ABŞ-də altı yaşlı məktəbli müəllimi Abbi Zverneri tapança ilə bir neçə dəfə güllələyib.

Ölkə.az xəbər verir ki, bu barədə "Mirror" qəzeti məlumat verib.

Bildirilir ki, hadisə 2023-cü ilin yanvar ayında baş verib. İbtidai sinif müəllimi qolundan və sinəsindən güllə yarası alıb. Ağır xəsarət almasına baxmayaraq, huşunu itirməzdən əvvəl digər şagirdləri sinifdən çıxarmağı bacarıb.

Müəllim altı əməliyyat keçirib və təxminən iki həftə xəstəxanada qalıb. Qəzetin məlumatına görə, güllə hələ də sinəsində qalıb. O, həmçinin sol əlini işlədə bilmir və hazırda travma sonrası stress pozğunluğundan əziyyət çəkir. 

Həmidə İbrahimova

Seçilən
15
2
olke.az

3Mənbələr