AZ

Ukrayna hərbçilərin mühasirədən çıxarmaq üçün o gəldi

Pokrovskidə şəhər uğrunda qırğın gedir-Budanovun gəlişi nəyi dəyişəcək?

Pokrovskidəki vəziyyətlə bağlı Ukrayna rəsmilərinin məlumatı Rusiyanın ordu komandanlığının yaydığı xəbərlərlə ziddiyyət təşkil edir. Rusiyanın Krasnoarmeyski adlandırdığı Pokrovsk Donetskdən 66 km şimal-qərbdə, Dnepropetrovsk vilayətinin inzibati sərhədi yaxınlığında yerləşir. Dobropolye, Mirnoqrad, Novoqrodovka və Selidovo şəhərləri və daha bir neçə yaşayış məntəqələri ilə birlikdə Pokrovsk şəhər aqlomerasiyasını təşkil edir. Şəhərin sahəsi 39,3 kv.km-dir. Pokrovsk əsas dəmir yolu qovşağıdır. Pokrovsk Donbasdakı Ukrayna Silahlı Qüvvələri qrupunun, o cümlədən Toretsk (Dzerjinsk), Konstantinovka və Çasov Yar şəhərləri, həmçinin Slavyansk-Kramatorsk aqlomerasiyası üçün ən mühüm təchizat mərkəzidir. Bu şəhər işğal edilsə, Ukrayna cəbhə xəttində daha ciddi problemlərlə üzləşəcək.

Musavat.com xəbər verir ki, internetdə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun Pokrovska gedərkən çəkdiyi fotolar yayılıb.

Ukrayna mətbuatı Kirill Budanovun bu gün Ukrayna Silahlı Qüvvələrinin əməliyyatına rəhbərlik etmək üçün Pokrovsk yaxınlığında olduğunu yazıb. Xüsusi təyinatlılarının vertolyotla Pokrovsk yaxınlığında eniş etdiyi və dərhal rus bölmələrinin hücumuna məruz qaldığı barədə xəbərlər yayılıb. Bunun şəhərdə mühasirədə olan Ukrayna qüvvələrini azad etmək üçün xüsusi əməliyyat ola biləcəyi ilə bağlı iddialar var.

Rusiya Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Pokrovskdə mühasirədə olduğu deyilən ukraynalı hərbçilərin kütləvi olaraq silahları yerə qoyaraq təslim olur. Rusiya Müdafiə Nazirliyi əsir düşən əsgərlərdən biri Vyaçeslav Krevenkonun ifadəsini təqdim edib. O bildirib ki, komandanlıq çoxdan əsgərləri tərk edib, onu və əsgər yoldaşını şəxsi evdə müdafiə təşkil etməyə cəhd göstərib, lakin sonradan silahlarını yerə qoymaq qərarına gəlib. Onun sözlərinə görə, zabitlərin satqınlığı nəticəsində müqavimət mənasız olub."Sonra biz qərara gəldik ki, təslim olmaq daha yaxşıdır. Çünki müqavimət göstərməyin mənası yox idi. Komandir bizə xəyanət etmişdi. Heç bir mənası yox idi", - Krevenko deyib.

Son 24 saat ərzində Ukrayna bölmələri Pokrovskidən mühasirədən çıxmaq məqsədi ilə şimal və şimal-qərb istiqamətlərində hücumlar ediblər.Hərbi müxbir Yuri Kotenokun sözlərinə görə, Rusiya qoşunları noyabr ayında Pokrovsk və ətraf əraziyə nəzarəti ələ keçirə bilər.O qeyd edib ki, cəbhənin bu istiqamətində vəziyyət son dərəcə qeyri-müəyyən olaraq qalır. Hərbi müxbirin məlumatına görə, şəhərdə kiçik əsgər qrupları arasında şiddətli toqquşmalar davam edir və nəticədə hər iki tərəfdən çoxlu itkilər olur. Kotenok da təsdiq edib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov (Rusiyada terrorçu və ekstremist siyahısındadır) Pokrovsk bölgəsinə gəlib.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr