AZ

Rusiya oktyabrda Ukraynanın bu ərazilərini ələ keçirib SİYAHI

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya ordusu oktyabr ayında Ukrayna ərazisinin 267 kvadrat kilometr sahəsini ələ keçirib. Bu göstərici sentyabr ayı ilə müqayisədə demək olar ki, dəyişməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsi məlumat yayıb.

Analitiklərin hesablamalarına əsasən, oktyabrda işğal edilən torpaqlar Ukrayna ərazisinin təxminən 0,04 faizini təşkil edir. Ümumilikdə isə Rusiya hazırda Ukraynanın 19,09 faizinə nəzarəti həyata keçirir.

Məlumatda bildirilir ki, nisbi göstəricilərlə ələ keçirilən ərazilərin həcmi 3,1 faiz, hücum əməliyyatlarının sayı isə 2,3 faiz artıb.

Ən çox irəliləyiş Novopavlivka–Hulyaypole istiqamətində müşahidə olunub. Oktyabrda ələ keçirilən ərazilərin 69 faizi məhz bu bölgənin payına düşür, baxmayaraq ki, hücumların cəmi 16 faizi burada qeydə alınıb.

Pokrovske istiqamətində hücumların intensivliyi sentyabr səviyyəsində qalıb, Lyman bölgəsində isə azalma müşahidə olunub. Bununla yanaşı, Kostyantynivka və Xarkov istiqamətlərində aktivliyin bir qədər artdığı qeyd olunur.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
globalinfo.az

1Mənbələr