AZ

Azər Bağırovdan 1:5 məğlubiyyətinə izah

style='margin-bottom:10px;'>

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 10-cu turunda “Neftçi”yə 1:5 hesablı məğlubiyyəti şərh edib

QOL.az xəbər verir ki, oyundan sonra təşkil edilən mətbuat konfransında 41 yaşlı mütəxəssis matça itki ilə çıxdıqlarını söyləyib: “Ehtiyat skamyamız zəif idi. Planlaşdırdıqlarımızı reallaşdıra bilmədik, buna görə də məğlub olduq”.

A.Bağırov komandasının müdafiədə   zəif oynamasının səbəbləri barədə suala belə cavab verib: “Bu görüşdən əvvəl iki vacib futbolçumuzu itirdik. Bu da nəticəyə təsir etdi. Hələlik müdafiədə səhvlər buraxırıq”.

O, futtbolçuların səviyyəsinin aşağı olması barədə danışmaq istəmədiyini də deyib: “Onlar mənim futbolçularımdır və biz birlikdə işləyəcəyik. Bu oyunçularla da xal toplayacağıq. Əgər zəif tərəflər varsa, vaxtı gələndə dəyişikliklər edəcəyik”.

“Neftçi”nin qapıçısı Rza Cəfərovu qış transfer pəncərəsində transfer edəcəkləri haqda xəbərlərə isə A.Bağırov belə cavab verib:

“Hələlik bu barədə heç nə deyə bilmərəm. Sabah nə olacağını da bilmirəm. Rza ‘Neftçi’nin futbolçusudur və mənimlə bu haqda danışıq olmayıb”.

Seçilən
27
2
teleqraf.com

5Mənbələr