AZ

Samir Abasov: Bütün oyunlarda istəkli idik

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli premyer-liqasının 10-cu turunda "Neftçi" "Kəpəz"i darmadağın etdi - 5:1. Sport24.az xəbər verir ki, Samir Abasov media önünə çıxıb.

- Mövsümdə ən rahat qələbənizi qazandığınızı deyə bilərik? Abubakar haqqında fikirləriniz?

- Abubakarın böyük rolu var. Təcrübəsi, klası bəllidi. Biz bütün oyunlarda istəkli idik. Bu mətbuat konfransını bir futbolçuya həsr edib digərlərini kölgəyə salmaq istəmirəm.

- Qarşıda "Qarabağ"la derbi var. Müdafiələrində də boşluq görünür…

- Heç bir boşluq yoxdu. "Qarabağ"a, Qurbana uğurlar arzu edirik. Həmişə onların yanındayıq. Derbi də maraqlı olacaq. İnanıram ki, hər iki komanda derbiyə layiq oynayacaq.

- Oyunla bağlı narazı qaldığınız məqam oldu?

- Ötürmə, driblinq keyfiyyəti bir az aşağı oldu. Amma qələbədi deyə göz yumursan.

- Faraj sanki çox topla oynadı.

- Sualın cavabıdı. Aşırı epizoda köklənirdilər. Təkmilləşdirmək istəyirik. Daha yaxşı edə bilərdik, alınmadı. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
2
sport24.az

3Mənbələr