“Mançester Yunayted” “Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaxeri heyətinə cəlb etmək istəyir.
90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” qış transfer pəncərəsində 25 yaşlı futbolçunu icarəyə götürmək variantını nəzərdən keçirirlər. İngiltərə klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Qallaxer “Çelsi” akademiyasının yetirməsi olub və 2024-cü ilin yayında Madrid klubuna transfer edilib. Cari mövsümdə o, 13 matçda 1 qolla yadda qalıb.
Futbolçunun “Atletiko” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt”ın qiymətləndirməsinə əsasən, onun bazarda dəyəri 40 milyon avrodur.