AZ

Təhlükəli xəstəlik əleyhinə olan bahalı vaksin niyə peyvənd təqviminə daxil edilmir?VİDEO

Son zamanlar sosial şəbəkələrdə HPV (Human Papillomavirus) adını tez-tez eşidirik. Həkimlər bizi diqqətli olmağa çağırır. Bəs nədir HPV? 

Xezerxeber.az-ın məlumatına görə, HPV geniş yayılmış infeksiyalardan biridir.

Bu virusun müxtəlif növləri var və onlardan bəziləri genital ziyillərə, digərləri isə qadınlarda uşaqlıq boynu xərçənginə, kişilərdə isə ağız-boğaz xərçəngi kimi ciddi xəstəliklərə səbəb ola bilər.

Ginekoloq Zivər Eldarova deyir ki, HPV-nin 100-dən çox növü var və onlardan 14-nün xərçəngə səbəb olduğu müəyyən edilib.

HPV virusundan qorunmağın yolu isə gecikmədən peyvənd olunmaqdır. HPV peyvəndinin effektivliyi yüksəkdir və xərçəngin qarşısını alan əsas addımdır.

HPV peyvəndinin apteklərdə və özəl xəstəxanalarda qiyməti isə 200 manatdan yuxarıdır. Bu da HPV əleyhinə peyvənd olunmağı hər kəs üçün əlçatan etmir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirildi ki, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə peyvəndin tətbiqinə cəmiyyətin hazırlıq səviyyəsinin öyrənilməsi-qiymətləndirilməsi məqsədi ilə sorğular keçiriləcək. Sorğuların nəticələrindən asılı olaraq maarifləndirmə aparılacaq daha sonra qərar qəbul ediləcək. 

ÜST-ün Azərbaycan nümayəndəliyi isə gələcəkdə HPV vaksininin profilaktik peyvəndlər siyahısına salınması üçün işlər görüldüyünü bildirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
45
xezerxeber.az

1Mənbələr