AZ

Pentaqon Ukraynaya “Tomahawk” raketləri verilməsinə "yaşıl işıq" yandırdı - son qərarı Tramp verəcək…


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Tomahawk” raket ehtiyatlarının təhlükə altına alınmayacağı qənaətinə gəldikdən sonra Ağ Evə Ukraynaya uzun mənzilli “Tomahawk” raketləri vermək üçün "yaşıl işıq" yandırıb.

“CNN International”ın məlumatına görə, Birləşmiş Qərargah Rəisləri Pentaqonun bu rəyini Ağ Evə çatdırıb. Bildirilir ki, son qərarı ABŞ prezidenti Donald Tramp verəcək.

Məlumata görə, Tramp bu ayın əvvəlində Ağ Evdə Ukrayna prezidenti Zelenski ilə işgüzar nahar zamanı raketlərin verilməsini istəmədiyini açıq şəkildə bildirib.

Rusiya prezidenti Vladimir Putinin son telefon danışığı zamanı Trampa “Tomahawk”ların Moskva və Sankt-Peterburq kimi böyük şəhərləri vura biləcəyini və bunun müharibənin gedişatını dəyişdirməyəcəyini, lakin ABŞ-Rusiya münasibətlərinə zərər verə biləcəyini dedyi bildirilir. Qeyd edilir ki, bu telefon danışığından sonra Tramp administrasiyası daxilində tərəddüdlər yaranıb.

Bu arada, mənbələr Pentaqonun ehtiyatla bağlı geniş narahatlıq keçirmədiyini bildirsələr də, ABŞ müdafiə rəsmilərində Ukraynanın bu raketləri necə yerləşdirəcəyi və istifadə edəcəyi ilə bağlı hələ də texniki və əməliyyat məsələləri suallar doğurur.

Digər tərəfdən, “Tomahawk”lar adətən dəniz platformalarından atılır. Ukrayna donanmasının zəifləməsi səbəbindən raketlərin qurudan buraxılması yolları və kadr hazırlığı kimi məsələlər də həll olunmalıdır.

TAHİR

Seçilən
48
baki-xeber.com

1Mənbələr