İtaliya A Seriyasının X turunda keçirilən “Udineze” – “Atalanta” qarşılaşması meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, “Bluenergy Stadium”da oynanılan görüşdə “Udineze” 1:0 hesabı ilə qalib gəlib. Oyunun yeganə qolunu Nikolo Cannyolo vurub. 40-cı dəqiqədə fərqlənən hücumçu komandasına vacib üç xal qazandırıb.
Bu nəticədən sonra “Udineze” 10 oyundan sonra 15 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. “Atalanta” isə 13 xalla 10-cu yerdə mövqe tutur.
Növbəti turda İvan Yuriçin komandası “Sassuolo” ilə qarşılaşacaq. Kosta Runyaiçin rəhbərlik etdiyi “Atalanta” isə həmin gün səfərdə “Roma” ilə üz-üzə gələcək.