AZ

Dəriniz körpə dərisi kimi hamar olacaq - 4 QIZIL ÜSUL

İltihab, hormonal pozuntu və bəzi xəstəliklər səbəbindən yaranan sızanaqlar aradan qalxdıqdan sonra belə, dəridə iz buraxa bilər. Dərinin təmiz və hamar görünüşünü pozan bu ləkələrdən qurtulmaq üçün istifadə etdiyiniz kosmetik vasitələr nəticə vermirsə, təbii üsullara müraciət edə bilərsiniz.

Musavat.com həmin üsulları təqdim edir:

Aloe vera geli

Aloe vera dərinin yenilənməsini sürətləndirən və ləkələri açan təbii bir bitkidir. Tərkibindəki fermentlər və antioksidantlar iltihabı azaldır, hüceyrə bərpasını dəstəkləyir. Təmiz dəriyə birbaşa təmiz aloe vera geli çəkmək müntəzəm istifadə zamanı ləkələrin rəngini açır. Gündə 1–2 dəfə tətbiq edildikdə bir neçə həftə ərzində dəri tonunu tarazlaşdırmağa kömək edir.

Limon suyu

Limonun təbii ağardıcı təsiri sayəsində sızanaq izlərinin görünüşü azalır. C vitamini ilə zəngin olduğu üçün dəridə kollagen istehsalını artırır və yeni hüceyrələrin yaranmasını sürətləndirir. Ancaq limon dərini günəş işığına qarşı daha həssas etdiyi üçün tətbiqdən sonra birbaşa günəşə çıxmaq olmaz. Həftədə bir neçə dəfə limon suyunu pambıqla ləkələrin üzərinə çəkmək və 10–15 dəqiqə saxlamaq kifayətdir.

Bal və darçın

Bal antibakterial xüsusiyyətləri sayəsində sızanaqdan sonra yaranan ləkələri sağaldır, darçın isə qan dövranını artıraraq dərinin yenilənməsini dəstəkləyir. Bu iki maddə birlikdə istifadə edildikdə həm dəri tonunu bərabərləşdirir, həm də parlaqlıq verir. 1 çay qaşığı bal ilə yarım çay qaşığı darçını qarışdırıb maska kimi üzə çəkin. 15–20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Hind qozu yağı

E vitamini ilə zəngin olan hind qozu yağı dəridəki izlərin daha tez sağalmasına kömək edir. Nəmləndirici təsiri sayəsində dərinin elastikliyini artırır və ona hamar görünüş verir. Hər gecə yatmazdan əvvəl izlərin üzərinə nazik təbəqə şəklində çəkmək tövsiyə olunur. Müntəzəm istifadə zamanı bir neçə həftə ərzində dəridə nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr