AZ

BDU və Əl Fərabi adına Qazax Milli Universiteti arasında akademik mübadilənin genişləndirilməsinə dair müzakirə aparılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 noyabr, AZƏRTAC

Astanada keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Strateji Tərəfdaşlar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tüimebaev arasında görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, söhbət zamanı tərəflər Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələri arasında elmi-tədqiqat və innovasiya əlaqələrinin gücləndirilməsi, qarşılıqlı akademik mübadilənin genişləndirilməsi, birgə magistr və doktorantura proqramlarının inkişafı kimi prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin süni intellekt, yaşıl enerji, ekoloji texnologiyalar və rəqəmsal transformasiya sahələrində ortaq elmi layihələrin həyata keçirilməsi, habelə yeni nəsil tədqiqat laboratoriyalarının yaradılması təşəbbüsləri müzakirə olunub.

2020-ci ildə imzalanmış müqaviləyə əsasən, BDU və Əl-Fərabi adına Qazax Milli Universiteti dəniz və enerji hüququ ixtisaslaşması üzrə ingilis dilində birgə ikili diplom proqramı həyata keçirir. Görüşdə bu proqramın hazırkı nəticələri, tədris keyfiyyətinin artırılması, beynəlxalq akkreditasiyaya çıxış və gələcəkdə yeni ixtisas istiqamətlərinin əlavə olunması kimi məsələlər də müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
azertag.az

2Mənbələr