Abşeron rayonu, Xırdalan şəhərində 15 yaşlı yeniyetmə yaşayış binasının 13-cü mərtəbəsindən yıxılaraq ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə şahidlərinin sözlərinə görə, 15 yaşlı yeniyetmə yüksək mərtəbədən ehtiyatsızlıqdan yıxılıb.
Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində dünyasını dəyişib.
İlkin məlumata görə, binanın 13-cü mərtəbəsindən yıxılan yeniyetmə 15 yaşlı Quliyev İlqar Teymur oğludur.
Məlumata əsasən, İlqar Quliyev Qobu qəsəbə sakini olub və həmin ünvana hazırlıq dərsinə gəlibmiş.
Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunub. Ərazi mühafizəyə alınıb, müvafiq araşdırmalar aparılıb. İlkin ekspertiza nəticələrinə əsasən, yeniyetmə aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.