AZ

Serhat TV İdarə Heyətinin Sədri: Azərbaycan torpaqlarının işğaldan azad edilməsini böyük həsrətlə gözləmişik

Naxçıvan, 1 noyabr, AZƏRTAC

Mən ilk dəfə 1989-cu ildə, yəni Sovetlər Birliyi dövründə Bakıya getmişəm. Bu, Bakıya ikinci səfərim olacaq, amma Qarabağa ilk dəfə gedəcəyəm. Uzun illər boyu Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsini böyük həsrətlə gözləmişik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qarabağa səfər çərçivəsində Naxçıvanda olan Serhat TV İdarə Heyətinin Sədri Alican Alibeyoğlu jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, nəhayət, 30 il sonra arzular reallaşıb: “Biz də həmin yerləri görməyi çox istəyirik. Sabah Bakıdan sonra Qarabağa gedib gəzəcəyik. Azərbaycanın tarixi Zəfəri Türkiyədə də böyük sevinc və maraqla qarşılandı. Hamı sanki bu qələbəni Türkiyə qazanmış kimi sevindi. Ümummilli Lider Heydər Əliyevin məşhur bir ifadəsi var: “Bir millət, iki dövlət.” Bizim üçün fərq yoxdur. Burada bizi necə səmimi şəkildə qarşıladılarsa, Türkiyədə də eyni sevgi ilə qarşılanırıq”.

 

Seçilən
23
2
azertag.az

3Mənbələr