AZ

Qərb susur, Kilsəyə hücum davam edir – Erməni hüquqşünasdan ŞOK AÇIQLAMA

Qərb susur, amma hökumətin Kilsəyə qarşı addımları qanunları pozur.

Musavat.com xəbər verir ki, bunu erməni hüquqşünas David Tumasyan “Sputnik Ermənistan”a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin Kilsəyə qarşı addımları yalnız Konstitusiyanı və daxili qanunvericiliyi deyil, eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyasını da pozur.

Tumasyan vurğulayıb ki, dövlət rəsmisinin inanclılara ünvanlanan açıq çıxışı hüquqi nəticələr doğura bilər, çünki dini baxışlar həm Konstitusiya, həm də digər qanunlarla qorunur.

Onun sözlərinə görə, din maddi deyil, mənəvi dəyərdir və onun qorunması və saxlanması yalnız fərdlərin deyil, dövlətlərin üzərinə düşən vəzifədir.

Hüquqşünas həmçinin Avropa İnsan Hüquqları Konvensiyasına istinad edərək bildirib ki, bu sənəd düşüncə, vicdan və din azadlığını təmin edir. Lakin Tumasyan təəssüflə qeyd edib ki, heç bir Avropa ölkəsi Ermənistan hakimiyyətinin Ermənistan Apostol Kilsəsinə qarşı mövqeyini tənqid etməyib.

Musavat.com

Seçilən
3
1
musavat.com

2Mənbələr