AZ

Yannik Sinner finalda

Dördqat “Böyük Dəbilqə” qalibi, dünyanın ikinci raketkası Yannik Sinner Parisdə keçirilən “Masters” turnirinin finalına yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı tennisçi yarımfinalda ATP reytinqində üçüncü pillədə qərarlaşan almaniyalı Aleksandr Zverevi 6:0, 6:1 hesabı ilə məğlub edib.

Görüş cəmi 1 saat 2 dəqiqə davam edib.

Finalda Yannik Sinner dünyanın 10-cu raketkası, kanadalı Feliks Oje-Alyassimlə üz-üzə gələcək.

Seçilən
30
90deqiqe.az

1Mənbələr