AZ

Rahim Şmidt: Auqsburqdakı konfransda Almaniyada azərbaycanlı həkimlərin peşəkarlığının artırılmasına dair müzakirələr apardıq

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Auqsburq, 1 noyabr, AZƏRTAC

Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) yubiley konfransında iştirak etdiyim üçün çox məmnunam. Bu konfrans azərbaycanlı həkimlərin peşəkarlığının artırılması, onlar arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Maynts şəhəri universitet klinikasının Ümumi tibb üzrə universitet ambulatoriyasında tibbi xidmət rəhbərinin müavini Rahim Şmidt media nümayəndələrinə müsahibəsində bildirib.

AMD-nin yubiley konfransında aktual mövzularda faydalı müzakirələr aparıldığını vurğulayan Rahim Şmidt deyib: “Konfransda son dərəcə mühüm mövzular, xüsusən süni intellektin müasir tibdə tətbiqi, bu sahədə perspektivlər və mövcud imkanlar, eləcə də azərbaycanlı həkimlərin müasir tibb sahəsində qabaqcıl yer tutmaları məsələləri müzakirə olundu. Almaniyada azərbaycanlı həkimlərin uğurlu fəaliyyəti, onların peşəkarlıqlarının artırılması da diqqət mərkəzində saxlanıldı. Almaniyada iki minə yaxın azərbaycanlı həkim fəaliyyət göstərir. Bu tədbirdə həkimlərimizin təşkilatlanması, ixtisas və təcrübələrinin artırılması baxımından çox faydalı fikir mübadiləsi aparıldı, təqdimatlar edildi. Hesab edirəm ki, konfrans qarşıya qoyulan hədəflər, o cümlədən azərbaycanlı həkimlərimizin təşkilatlanması, tibb sahəsində ən son bilik və təcrübələrin müzakirəsi baxımından çox faydalı və əhəmiyyətli tədbir oldu”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Auqsburq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
azertag.az

2Mənbələr