AZ

SpaceX orbitə buraxdığı peyklərin sayını açıqladı

Falcon 9 buraxılış vasitələri Starlink qlobal internet əhatə dairəsini genişləndirmək üçün bu həftə 85 mini-peykini orbitə uğurla çıxarıb. 

"Ölkə.az" xəbər verir ki, bu barədə SpaceX şirkəti məlumat yayıb.

Raketlər 28, 29 və 31 oktyabr tarixlərində Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri Bazasından və Floridadakı "Cape Canaveral" Hərbi Hava Qüvvələri Bazasından buraxılıb.

Bütün Starlink internet peykləri təyin olunmuş orbitlərinə çatıb.

2019-cu ilin may ayından bəri SpaceX Starlink layihəsinin bir hissəsi olaraq 10.200-dən çox peyk buraxıb. Bu peyklərdən bəziləri sıradan çıxıb. Orbitdə 8.800-dən çox peyk fəaliyyət göstərir.

SpaceX Yer kürəsindəki hər kəsə genişzolaqlı internet çıxışı təmin edəcək tammiqyaslı şəbəkə yaratmaq üçün 12.000 kosmik cihazdan (və nəticədə 34.000) ibarət orbital şəbəkə qurmağı planlaşdırır. Layihəyə qoyulan ümumi investisiyanın 10 milyard dollar olduğu təxmin edilir.

Elvin

Ölkə.az

Seçilən
35
1
olke.az

2Mənbələr