Azərbaycanda daha bir futbol akademiyası fəaliyyətə başlayıb.
Yeni akademiyanı futbolsevərə yaxşı tanış olan sima - millimizin və "Xəzər Lənkəran"ın kapitanı olmuş Rahid Əmirquliyev yaradıb.
Elə yeni futbol məktəbinin adı da onun adı ilə bağlı olaraq Rahid Əmirquliyev Futbol Akademiyası adlanacaq.
Burada 6-12 yaşlı uşaqlara UEFA kateqoriyalı məşqçilər tərəfindən futbolun sirləri öyrədiləcək.
İşə ilk olaraq Bakıda start verilib, amma gələcəkdə bölgələrə daşınması da istisna deyil.
XANOĞLAN / SPORTİNFO.AZ