AZ

Moskvada miqrantlara qarşı kütləvi yoxlamalar keçirilib: 1300 dən çox şəxs deportasiya ediləcək

ain.az, Oxu.az saytına istinadən bildirir.

Rusiyanın paytaxtı Moskvada "Neleqal-2025" kompleks əməliyyat tədbirlərinin ikinci mərhələsi çərçivəsində miqrasiya qanunvericiliyinin 12 mindən çox pozuntusu aşkar edilib, 1 300-dən çox miqrantın deportasiyası barədə qərar qəbul edilib.

Oxu.Az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi Moskva üzrə Baş İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Vladimir Vasenin bildirib.

"Ümumilikdə tədbir çərçivəsində polis əməkdaşları tərəfindən miqrasiya qanunvericiliyinin 12 mindən çox pozuntusu aşkar edilib, onlardan 8 300-dən çox xarici vətəndaş giriş və çıxış qaydalarının pozulmasına görə, 1 300 nəfər isə ölkədə olma qaydalarına riayət etmədiklərinə görə inzibati məsuliyyətə cəlb olunub", - deyə o qeyd edib.

Vasenin izah edib ki, yoxlamalar Moskvanın ictimai yerlərində - ictimai iaşə nöqtələrində, hostellərdə və tikinti obyektlərində aparılıb.

"2 700 xarici vətəndaş barəsində Rusiya hüdudlarından deportasiya haqqında qərar qəbul edilib, o cümlədən 1 300-dən çoxu Müvəqqəti Saxlama Mərkəzinə yerləşdirilib. Dövlət sərhədindən məcburi köçürülmə formasında 803 miqrant ölkədən çıxarılıb, 43 nəfər isə deportasiya olunub. Bundan əlavə, 6 min xarici vətəndaşa Rusiyaya giriş qadağan edilib", - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
oxu.az

1Mənbələr