Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens həyat yoldaşınıxristian dininə gətirmək istəyi ilə bağlı dediklərindən sonraictimai tənqid hədəfinə çevrilib.
Trend xəbər verirki, bu barədə “The New York Times” məlumat yayıb.
Missisipi Universitetində konservativ fəal Çarli Kirkinxatirəsinə həsr olunan tədbirdə çıxış edən Vens, hind mənşəli vəhinduist ailəsində böyümüş həyat yoldaşı Aşanın bir gün katolikliyiqəbul edəcəyinə ümid etdiyini bildirib.
Onun bu fikirləri sosial şəbəkələrdə və mediada geniş tənqidəsəbəb olub. ABŞ Hinduizm Fondunun icraçı direktoru Suhak Şukla qeydedib ki, belə açıqlamalar immiqrasiya siyasətinin sərtləşdiyi birdövrdə dini azlıqlar arasında narahatlığı artırır.
Vitse-prezidentin həyat yoldaşı bu məsələ ilə bağlı hər hansıaçıqlama verməyib. Vens isə “X” sosial şəbəkəsində yayılantənqidlərə cavab olaraq, onu həyat yoldaşının dininə hörmətsizlikdəittiham edənlərin sözlərini “iyrənc” və “antixristiantəəssübkeşliyi” nümunəsi adlandırıb.