Soyuqdəymə və qrip mövsümü geri qayıdıb. Milyonlarla insanın xəstəliklə mübarizə apardığı bir vaxtda həkimlər vacib bir xəbərdarlıq ediblər. Onlar xəstələndiyiniz zaman nələri etməməli olduğunuzu açıqlayıblar.
E-saglam.az xəbər verir ki, həkimlər xəstəlik zamanı idman etməməyin vacibliyini vurğulayırlar. Mütəxəssislərin sözlərinə görə, idman xəstəlikdən əvvəl immunitet sistemini gücləndirmək üçün faydalı olsa da, xəstəlikdən sonra intensiv fiziki fəaliyyət simptomları daha da ağırlaşdıra və sağalma müddətini uzada bilər. Burun tıxanıqlığı, qızdırma və öskürək kimi simptomlarla idmanla məşğul olmaq bədən üçün xüsusilə zərərli ola bilər.
Dr. Donald Braun idman proqramına başlamazdan əvvəl bədəninizi dinləməyi məsləhət görür. O bildirir: “Xəstə olarkən idman etmək üçün ümumi qayda belədir: əgər simptomlar boyun yuxarısındadırsa, bu, ciddi problem sayılmır. Lakin məşqlər aşağı intensivlikli və qısamüddətli olmalıdır".
Tərcümə: Fəxriyyə Adil
E-saglam.az