AZ

“Çelsi” London derbisində qələbə qazandı

İngiltərə Premyer Liqasının X turu çərçivəsində keçirilən qarşılaşmada “Çelsi” səfərdə “Tottenhem” üzərində 1:0 hesabı ilə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə  “Tottenhem Hotspur” stadionunda baş tutan görüşün yeganə qolunu Pedro 34-cü dəqiqədə vurub. 

Bu qələbə sayəsində “Çelsi” 17 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Eyni xala malik “Tottenhem” isə 3-cü yerdə qalıb.

Növbəti turda “Tottenhem” noyabrın 8-də “Mançester Yunayted”i, “Çelsi” isə “Vulverhempton”u qəbul edəcək.

Seçilən
46
90deqiqe.az

1Mənbələr