AZ

Arda Gülər daha bir mükafata namizəd göstərildi: Messi ilə yarışır

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Uluslararası Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən Arda Gülər  “Ən yaxşı oyun qurucu” mükafatına namizəd göstərilib.

Türkiyə millisinin  ulduz futbolçusu Arda Gülər daha bir beynəlxalq mükafat üçün namizəd olub. O, Uluslararası Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən  “Ən yaxşı oyun qurucu”  mükafatına namizəd kimi irəli sürülüb.

Sherg.az xəbər verir ki, Federasiyanın rəsmi saytında yayımlanan açıqlamada bildirilib ki, qiymətləndirmə 2025-ci il ərzində keçirilən bütün oyunlar nəzərə alınmaqla aparılacaq.

Eyni zamanda qeyd olunub ki, qalibi 120 ölkədən olan idman jurnalistləri və futbol mütəxəssislərindən ibarət münsiflər heyəti müəyyən edəcək.

15 futbolçunun yer aldığı siyahıda Arda Gülərlə yanaşı Lionel Messi, Martin Odegaard, Kevin De Bruyne, Jude Bellingham, Florian Virtz, Cole Palmer və Bruno Fernandes kimi adlar da yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
1
sherg.az

2Mənbələr