AZ

Ronaldo “Əl-Nəsr”i son dəqiqədə xilas etdi

Səudiyyə Ərəbistanı Pro Liqasının VII turu çərçivəsində keçirilən qarşılaşmada “Əl-Nəsr” evdə “Əl-Feyha” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Ər-Riyaddakı “Al-Avval Park” stadionunda baş tutan oyunda qonaqların heyətindən Xason 13-cü dəqiqədə hesabı açıb. Kriştiano Ronaldo 37-ci dəqiqədə Kinqsli Komanın ötürməsindən sonra fərqlənib, 90+14-cü dəqiqədə isə dubla imza ataraq “Əl-Nəsr”ə vacib üç xal qazandırıb.

Bu nəticədən sonra “Əl-Nəsr” 21 xalla turnir cədvəlinin lideridir. “Əll-Feyha” 8 xalla 10-cu pillədə qərarlaşıb.

Seçilən
40
90deqiqe.az

1Mənbələr