AZ

“Zenit” Vendel ilə yeni müqavilə imzaladı

“Zenit” klubu yarımmüdafiəçi Vendel ilə yeni müqavilə bağlayıb.

90deqiqe.Az-ın məlumatına görə,bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni anlaşmaya əsasən, braziliyalı futbolçunun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

“Fluminense” akademiyasının yetirməsi olan Ven­del peşəkar karyerasına bu klubda başlayıb. O, 2018–2020-ci illərdə **“Sporting Lissabon”**un heyətində çıxış edib, daha sonra “Zenit”ə transfer olunub.

Hazıradək yarımmüdafiəçi Rusiya təmsilçisinin heyətində 129 oyuna çıxıb, 20 qol vurub və 29 məhsuldar ötürmə edib. Ven­del “Zenit”lə birlikdə dörd dəfə Rusiya çempionu, həmçinin ölkə kuboku və üç Superkubok qalibi olub.

Seçilən
23
90deqiqe.az

1Mənbələr