AZ

Rusiyada iki hava limanı fəaliyyətini dayandırdı

Rusiyanın Volqoqrad və Gelencik hava limanlarında təyyarələrin qəbul edilməsinə və göndərilməsinə məhdudiyyətlər tətbiq edilib.

Publika.az xəbər verir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artyom Korenyako "Telegram" kanalında məlumat verib.

Onun paylaşımı saat 21:55-də yayımlanıb. Orada qeyd olunub ki, bu tədbir uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Korenyako bildirib ki, Gelencik hava limanında tətbiq edilən məhdudiyyətlər artıq mövcud olan qaydaları tamamlayır: ora müntəzəm reyslər yalnız saat 8:30-dan 20:00-a qədər həyata keçirilir.

Seçilən
35
publika.az

1Mənbələr