AZ

Keniyada torpaq sürüşməsi nəticəsində 21 nəfər ölüb, 30 nəfər itkin düşüb

BAKI, 2 noyabr. TELEQRAF

Keniyanın qərbində torpaq sürüşməsi baş verib, nəticədə ən azı 21 nəfər ölüb, onlarla insan yaralanıb, 30-dan çox insan isə itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Keniyanın daxili işlər naziri Kipçumba Murkomen sosial media hesabında

Torpaq sürüşməsi şənbə günü səhər saatlarında Marakwet East seçki dairəsində baş verib.

“Biz bu faciədə 21 nəfərin öldüyünü təsdiqləmişik, 30-dan çox adam barədə ailələri xəbərsizdir”, -Keniyanın daxili işlər naziri bildirib.

Murkomen əlavə edib ki, ağır xəsarət alan 25 nəfər müalicə üçün helikopterlə Eldoretdəki xəstəxanaya çatdırılıb, digərləri isə yüngül yara aldıqları üçün yerli məntəqələrdə müalicə olunur.

Nazir bildirib ki, axtarış-xilasetmə işləri bazar günü bərpa olunacaq.

"Biz xilasetmə səylərini koordinasiya etmək, humanitar yardımı genişləndirmək və Marakwet sürüşmə fəlakətindən zərər çəkmiş ailələrlə birlikdə olmaq üçün son dərəcə təcili işləyirik",- deyib.

Nazir həmçinin mövsümi çayların yaxınlığında və ya ötən gecə sürüşmə baş verən ərazilərdə yaşayan sakinləri daha təhlükəsiz yerə köçməyə çağırıb.

Seçilən
35
teleqraf.com

1Mənbələr