BAKI, 2 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ABŞ ordusuna xristianları qorumaq üçün Nigeriyada "islam terrorçularına" qarşı potensial güc tədbirləri hazırlamağı tapşırdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə özünün "Truth Social" hesabında yazıb.
"Nigeriya hökuməti xristianların qətlinə icazə verməkdə davam edərsə, Birləşmiş Ştatlar Nigeriyaya bütün yardım və dəstəyi dərhal dayandıracaq və bu dəhşətli vəhşilikləri törədən İslam terrorçularını tamamilə məhv etmək üçün indi rüsvay olmuş ölkəyə tam silahlanmış şəkildə daxil ola biləcək", - Amerika lideri yazıb.
Tramp əlavə edib ki, o, “hərbiçilərə mümkün hərəkətlərə hazırlaşmağa göstəriş verib”.