AZ

Krasnodar və Soçi hava limanları fəaliyyətini dayandırıb

BAKI, 2 noyabr. TELEQRAF

Krasnodar və Soçi hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Teleqraf xəbər verir ki, bu barədə Rosaviasiyanın mətbuat katibi Artem Korenyako öz "Telegram" kanalında məlumat yayıb.

"Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır", - agentliyin nümayəndəsi yazıb.

Korenyako əlavə edib ki, məhdudiyyətlər cari bildirişə əlavə olaraq tətbiq edilib, ona əsasən mülki təyyarələrin uçuşları hər gün Moskva vaxtı ilə saat 9:00-dan 19:00-dək həyata keçirilə bilər.

Rosaviasiya sözçüsü həmçinin Penza hava limanında təyyarələrin gəlişi və uçuşu ilə bağlı müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini bildirib. O, uçuşların təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görüldüyünü bildirib.

Seçilən
29
teleqraf.com

1Mənbələr