AZ

“Real” “Valensiya"nı darmadağın etdi

İspaniya La Liqasının XI turu çərçivəsində keçirilən “Real Madrid” – “Valensiya” oyunu ev sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda baş tutan qarşılaşmada “kral klubu” rəqibini 4:0 hesabı ilə məğlub edib. 

Madrid təmsilçisinin heyətində Kilian Mbappe 19-cu dəqiqədə penaltidən hesabı açıb, 31-ci dəqiqədə isə Arda Gülerin ötürməsindən sonra dublunu rəsmiləşdirib. 43-cü dəqiqədə Vinisius Junior penaltidən fərqlənə bilməyib. Cəmi bir dəqiqə sonra — 44-cü dəqiqədə Cud Bellingem Federiko Valverdenin pasından sonra üçüncü qolu vurub. Oyunda yekun nəticəni isə 82-ci dəqiqədə Alvaro Karreras müəyyənləşdirib – 4:0.

Bu qələbədən sonra “Real” 11 oyundan 30 xal toplayaraq La Liqada liderliyini davam etdirir. Komanda ikinci pillədə qərarlaşan “Vilyarreal”ı 7 xal qabaqlayır. “Valensiya” isə 9 xalla 18-ci yerdə qərarlaşıb.

Seçilən
72
90deqiqe.az

1Mənbələr