AZ

“Marsel” səfərdə azlıqda qalsa da qələbə qazandı

Fransa Liqa 1-in XI turu çərçivəsində keçirilən “Oser” – “Marsel” qarşılaşması gərgin mübarizə şəraitində keçib.

90deqiqe.Az-ın məlumatına görə, turnir cədvəlinin fərqli qütblərində qərarlaşan komandaların duelində qalib “Marsel” olub – 1:0.

Matçın 30-cu dəqiqəsində qapıçı çıxışda səhv etdikdən sonra Anxel Qomes topu tora göndərib. İkinci hissənin əvvəlində Danni Namasso “Marsel”in qapısına qol vursa da, epizod ofsayd qeydə alınıb. Ardınca İbrahim Osman təhlükəli zərbə endirsə də, qapıçı komandasını xilas edib.

65-ci dəqiqədən etibarən “Marsel” azlıqda qalıb – Ulisses Qarsiya kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Kompensasiya vaxtında isə “Oser” də meydanda on nəfərlə qalıb — Sinali Diomande ikinci sarı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra “Marsel” 22 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib, “Oser” isə sonuncudan bir pillə yuxarıda – 17-ci yerdə qərarlaşıb.

Seçilən
58
90deqiqe.az

1Mənbələr