BAKI, 2 noyabr. TELEQRAF
Ukraynanın keçmiş prezidenti Leonid Kuçma 2004-cü ildə Rusiya prezidenti Vladimir Putinlə Maydan hadisələri zamanı apardığı danışıqlar barədə danışıb.
Teleqraf xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində məlumat verib.
L.Kuçma bildirib ki, həmin söhbət onun siyasi karyerasındakı ən çətin danışıqlardan biri olub:
"Putin mənə "Narıncı inqilab" zamanı etirazları zorla yatırmağı təklif etdi və demək olar ki, saatlarla bunu etməyə məni inandırmağa çalışdı. Mən isə izah etdim ki, mən nə bunu edə bilərəm, nə də etmək istəyirəm”, - deyə Kuçma bildirib.