AZ

Mask smartfonların nə vaxt yox olacağına dair proqnoz verib

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikalı milyarder İlon Mask smartfonların 2030-cu ilə kimi yox olacağını və onları süni intellektin əvəzləyəcəyini proqnozlaşdırıb.

Oxu.Az xəbər verir ki, bunu sahibkar teleaparıcı Co Roqana müsahibəsində deyib.

Maskın sözlərinə görə, gələcəkdə əməliyyat sistemləri və tətbiqlər üçün yer olmayacaq. Onları süni intellekt funksiyaları ilə tam yüklənmiş ekranlı və səsli cihazlar əvəz edəcəklər.

İlon Mask, həmçinin proqnozlaşdırıb ki, süni intellekt istifadəçi istəklərini qabaqcadan bilməyi öyrənəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
oxu.az

1Mənbələr