Bakı. Trend:
Məşhur britaniyalı rejissor və Oskar mükafatı laureatı PiterUotkins 91 yaşında dünyasını dəyişib.
Trend xəbər verirki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Bildirilir ki, rejissor 30 oktyabrda son 25 ilini yaşadığıFransanın Burqenuf kommunasındakı xəstəxanada vəfat edib.
Uotkins 1967-ci ildə Böyük Britaniyaya nüvə hücumu mövzusundaçəkdiyi “Müharibə Oyunu” sənədli filmi ilə “Oskar” mükafatına layiqgörülüb. Daha sonra BBC ilə fikir ayrılığı yaşayan rejissorkaryerasını xaricdə davam etdirməyə məcbur olub.
Piter Uotkins 1935-ci ildə İngiltərənin Norbiton şəhərindəanadan olub, orduda xidmət etdikdən sonra Kral Dram SənətiAkademiyasında təhsil alıb. O, yaradıcılığı ərzində 17 filminrejissoru olub.