AZ

ÇL: "Araz-Naxçıvan" pley-offa qrup lideri qismində yüksəldi

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisi yer aldığı 7-ci qrupdakı son matçında Niderland çempionu “Tigers Roermond”u 3:2 hesabı ilə məğlub edib.

Beləliklə 7 xal toplayan Naxçıvan təmsilçisi qrup qalibi kimi növbəti mərhələyə adlayıb.

Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib – 2:1. Komanda daha sonra Lüksemburq çempionu “Differdanje 03” komandası isə heç-heçə edib – 2:2.

Seçilən
18
5
fanat.az

6Mənbələr