AZ

ABŞ-la razılığa gələ bilərik - Arakçı

ABŞ-la dolayı danışıqlar yolu ilə razılığa gələ bilərik.

Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Seyid Abbas Arakçı deyib.

"Nüvə proqramları mövzusunda narahatlıqları aradan qaldırmaq üçün danışıqlara hazırıq. Ədalətli razılaşma əldə etmək mümkündür, lakin Vaşinqton qəbuledilməz şərtlər irəli sürüb.

Bizim birbaşa danışıqlar aparmaq niyyətimiz yoxdur. Əgər ABŞ öz tələblərini irəli sürməsə, dolayı yolla danışıqlar yolu ilə ədalətli razılığa gələ bilərik ", - deyə Arakçı bildirib.

İranlı nazir, həmçinin İsrailin iyunda endirdiyi zərbələrdən sonra zənginləşdirilmiş uranın aqibətindən də söz açıb:

“Nüvə materialları hələ də vurulan və başqa yerə köçürülməmiş obyektlərin dağıntıları altındadır. Binalar və bəzi avadanlıqlar zədələnib, lakin texnologiyalarımız toxunulmaz olaraq qalır”.
Seçilən
4
1
sherg.az

2Mənbələr