AZ

Meksikada supermarketdə baş verən partlayışda 23 nəfər həlak olub - YENİLƏNİB

Meksikada supermarketdə baş verən partlayış nəticəsində azı 23 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli rəsmilər məlumat verib.

“Üzülərək bildirirəm ki, aşkar etdiyimiz qurbanların bir neçəsi azyaşlılardır”, – ştat qubernatoru Alfonso Durazo video müraciətində bildirib.

O əlavə edib ki, sağ qalanlar Hermosillodakı xəstəxanalarda müalicə olunur.

Yerli ictimai təhlükəsizlik orqanları baş verən hadisənin mülki vətəndaşlara qarşı “hücum” və ya “zorakı hadisə” olmadığını açıqlayıb. Partlayış Meksikada ailələrin ölmüş yaxınlarını yad etdiyi Ölü Günü bayramı çərçivəsində qeyd olunan həftəsonu baş verib.

“Hadisənin səbəblərini və məsul şəxsləri müəyyən etmək üçün geniş və şəffaf istintaq aparılması barədə göstəriş vermişəm”, – Durazo deyib.

***

06:34

Meksikanın şimal-qərbindəki Ermosiljo şəhərində mağazada baş verən yanğın nəticəsində ən azı 22 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə El Universal qəzeti məlumat yayıb.

Məlumata görə, 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Yanğının partlayışdan sonra baş verdiyi bildirilir.

Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, alov ticarət obyektinin giriş hissəsində başlayıb, nəticədə bir çox alıcılar içəridə qalıb. Alov lokallaşdırılıb və yanğının qonşu binalara keçməsin

Seçilən
19
apa.az

1Mənbələr