AZ

Antalyada yol qəzası - 10 turist yaralandı 

Türkiyənin Antalya vilayətinin Manavqat kəndində iki safari cipinin toqquşması nəticəsində 10 əcnəbi turist xəsarət alıb.

 

Bu barədə Modern.az İHA agentliyinə istinadən xəbər verir.

 

Hadisə Sarılar rayonunda baş verib. Agentlik yazıb ki, ciplərdən biri toqquşma nəticəsində aşıb, sürücü Ahmet Korkutalp və 10 xarici turist - dörd İsveç, dörd britaniyalı və iki polyak yaralanıb.

 

Yaralılar Manavqat xəstəxanasına yerləşdirilib.

Seçilən
17
4
modern.az

5Mənbələr