AZ

"Kubokdakı dramatik mübarizəni unudub öz liqamıza köklənməliyik" - Elvin Həsənov

2-ci Liqanın 7-ci turunda çempionatın iddialılarından olan "Şəki Siti" "Göygöl"ü qəbul edəcək. Şəki təmsilçisinin baş məşqçisi Elvin Həsənovla əlaqə saxlayıb noyabrın 3-də baş tutacaq matç barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Karvan-Yevlax"la ağır kubok oyunundan (1:3) sonra futbolçulara iki günlük ustirahət verdik, ardından hazırlıqlara başladıq. Əlbəttə, 2-ci Liqa komandasının öljə kubokunda böyük iddiası ola bilməz, amma ən azı Premyer Liqa təmsilçisi ilə görüşdə "dişimiz"i göstərdik. Sübut etdik ki, mübarizə apardığımız çempionatda çempionluğa oynayacaq gücdəyik.

"Göygöl"ün zəif və güclü cəhətləri barədə məlumatlıyıq. Rəqibi təhlil etmişik. Onlar da kubokda "Baku Sportinq"ə uduzsalar da (0:2), yaxşı mübarizə apardılar. Normal bir oyun olacağını düşünürəm. Kubokdakı dramatik mübarizəni unudub öz liqamıza köklənməliyik. Eyforiyadan çıxmalıyıq. Bu vacib məqamı uşaqlara da çatdırmışıq. "Göygöl"lə matçda uğurlu nəticə qazanıb çempionluq uğrunda mübarizəni davam etdirməliyik. İtkimiz yoxdur, motivasiyamız qaydasındadır. "Karvan"la görüşdən sonra komandanın özünəinamı bir qədər də artıb".

Nihat

 

Seçilən
4
1
fanat.az

2Mənbələr