AZ

Mahirin Almaniyada yaşıl meydan həsrəti bu gün başa çatacaq? rəsmi açıqlama gəldi!

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Kayzerslautern" bu gün Almaniya 2-ci bundesliqasının 11-ci turu çərçivəsində Düsseldorf “Fortuna”sının qonağı olacaq. "Qırmızı iblislər"in bu oyunda qələbə qazanmaq ehtimalı böyükdü. Çünki rəqib uğurlu mövsüm keçirmir. 18 komanda arasında 13-cü sırada qərarlaşan kollektiv cəmi 10 xal qazana bilib.Əlbəttə, 19 xalla 5-ci pillədə olan "Kayzerslautern" turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq. Ancaq "qırmızı iblislər"in zədəli futbolçuları da var. "Bild"in məlumatına görə, söhbət Ji Su Kim, Simon Asta, Kenni-Prins Redondo və İvan Prtayindən gedir. Fabyan Kunze ilə infeksiyaya yoluxan Mahir Emreli sağalıb.Baş məşqçi Torsten Liberknext zədəli oyunçuların durumu haqda bunları deyib:

"Həkimlərdən zədəlilərlə bağlı xoş xəbərlər almışıq. Hamısı sağlamlığını bərpa etməyə yaxındı. Hadisələrin axarı ümidvericidi. Ancaq hələ dəqiq nəsə yoxdu. Hər şey oyun günü bilinəcək".

Hər halda, "qırmızı iblislər"in "qol silahı" olan Prtayin hələ müalicə alır. Təbii ki, belədə Mahirin sabah şans qazanmaq ehtimalı artır. İş ondadı ki, Emreli hələ komandayla birgə məşqlərə qoşulmayıb. Futbolçu çərşənbə axşamından fərdi şəkildə məşq edir. "Bild"in iddiasına görə, həmvətənimiz sağlamlığına qovuşsa da, məlum problemlər onun meydana çıxmasına əngəl yarada bilər...Xatırladaq ki, "Kayzerslautern"in son 7 çempionat, 1 kubok matçında Mahirin adı iştirak ərizəsinə salınmayıb.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr