AZ

İran ABŞ ilə nüvə proqramı üzrə danışıqların bərpası barədə təkliflər alıb

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ ilə nüvə proqramı üzrə danışıqların bərpası barədə təkliflər alıb.

Moderator.az-ın İran mediasına istinadən məlumatına görə, bunu İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, Tehran daha sonra ABŞ-nin təkliflərinin məzmunu və xarakteri haqqında məlumat verəcək.

Əvvəllər ABŞ hakimiyyəti Oman vasitəsilə İrana yayda dayandırılan dialoqun bərpası təklifi ilə bağlı müraciət göndərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
2
moderator.az

3Mənbələr