AZ

Şəkidən axan dağ çaylarında mühafizə tədbirləri aparılır

Şəkidən axan dağ çaylarında mühafizə tədbirləri aparılır, yaşayış məntəqələri və əkin sahələri seldən qorunur.

Aznews.az xəbər verir ki, idarə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təmin etmək məqsədilə çayların hövzəsində müvafiq təmizləmə və təmir işləri görüb və bu işlər hazırda davam edir. Çay məcralarında mexanizmlərlə 2025-ci ilin əvvəlindən indiyədək 205 min m³ tənzimləmə işləri aparılıb.

Seldən mühafizə tədbirləri çərçivəsində rayonun Küngüt, Zəyzid, Kiş, Quruçay, Şin və Daşağıl çaylarında da çay məcrasının tənzimlənməsi, torpaq bəndin qurulması işləri həyata keçirilib.

Seçilən
24
4
aznews.az

5Mənbələr